ƏSA Teatrında “Adamlar və siçanlar” tamaşasının premyerası keçiriləcək
Mədəniyyət
2 Dekabr 2017 14:11

ƏSA Teatrında “Adamlar və siçanlar” tamaşasının premyerası keçiriləcək


Bakı. 2 dekabr. REPORT.AZ/ Əlilliyi olan aktyorlardan ibarət ƏSA Teatrı “Adamlar və siçanlar” tamaşasının premyerasına hazırlaşır. 
Bu barədə "Report"a teatrdan məlumat verilib.
Məlumata görə, amerikalı yazıçı John Steinbeckin “Adamlar və siçanlar” povesti əsasında hazırlanan eyniadlı tamaşanın premyerası dekabrın 19-u saat 19:00-da Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində baş tutacaq.
Əsərin mövzusu daha çox bəşəri problemlərdən, dostluqdan və sevgidən bəhs edir. 
Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Nihad Qulamzadədir. Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Orxan Adıgözəl, Səmayə Ağayarova, Riad Sultanov, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev və Patti Smith canlandıracaq.
Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olacaq. 
Qeyd edək ki, “Adamlar və siçanlar” tamaşası ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə səhnələşdirilib. 






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08