Ebru Gündeşin əmlakı MÜSADİRƏ EDİLƏCƏK?
Şou-Biznes
2 Dekabr 2017 14:13

Ebru Gündeşin əmlakı MÜSADİRƏ EDİLƏCƏK?


Xəbər verdiyimiz kimi, İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulmasına dair qərar qəbul edib.

Publika.az xəbər verir ki, 22 nəfərin əmlakına qoyulan həbsdən sonra məhkəmədə Ebru Gündeşlə bağlı heç bir qərarın olmaması diqqət çəkib. Belə ki, əmlakı müsadirə edilənlər sırasında Rza Zərrabın qızı Alara olsa da, həyat yoldaşı Ebru Gündeş yoxdur.

Qeyd edək ki, Zərrab ailəsinin Türkiyədəki vəkili Şebnem Eriş məsələ ilə bağlı açıqlama verərək bunun səbəbini bilmədiyini deyib.

Onu da əlavə edək ki, Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.

Pərviz Hüseyn

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08