Röya və Bakı Nihat Odabaşının gözü ilə – FOTO
Şou-Biznes
2 Dekabr 2017 14:38

Röya və Bakı Nihat Odabaşının gözü ilə – FOTO


Xəbər verdiyimiz kimi, Əməkdar artist Röya Ayxan yeni klip çəkdirib.

Publika.az xəbər verir ki, sözləri Nüsrət Kəsəmənliyə məxsus olan “Səndən başqa” mahnısını ekranlaşdıran ifaçı bu dəfə də türkiyəli rejissor Nihat Odabaşı ilə işbirliyi qurub.

Müxtəlif məkanlarda baş tutan çəkilişlərdə puerto-rikolu model Frederik Valentinlə yanaşı gənc müğənni Samirə Əfəndi də rol alıb.

Klipin diqqət çəkən məqamlarından biri sevilən ifaçının geyimləri olub. Belə ki, R.Ayxanın libaslarından birini ona N.Odabaşı hədiyyə edib.

Röyanın saç və makiyajı üzərində məşhur stilist Elnur Həsənov çalışıb.

Çəkilişləri 4 gün davam edən ekran işinin operatoru Yıldız Eren olub. O, daha öncə də Əməkdar artistin “Gemiciler” klipini lentə alıb.

Pərviz Hüseyn















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08