Türk dünyasının uyğur əsilli tanınmış alimi vəfat edib
Mədəniyyət
2 Dekabr 2017 15:11

Türk dünyasının uyğur əsilli tanınmış alimi vəfat edib


Bakı. 2 dekabr. REPORT.AZ/ Uyğur dilçi alimi, professor Mirsultan Osman 88 yaşında Çinin Sintszyan-Uyğur Muxtar Əyalətində vəfat edib.
“Report” xəbər verir ki, o, türk dilinin çığatay ləhcəsində olan qədim əlyazmaların oxunması üzrə ən məşhur mütəxəssislərdən olub.
M.Osman bütün ömrünü türk dilli xalqların tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasına həsr edib. Ötən müddət ərzində böyük bir nəslin bu istiqamətdə yetişməsində başlıca rol oynayıb. O, Mahmud Qaşqari, Yusuf Xas Xacib, Əhməd Yuqnaki, Xirqəti, Zaleli, Novbati, Arşi və türk dünyasının başqa fikir adamlarının təbliği, irsinin araşdrıması ilə məşğul olub.
M.Osman təkcə uyğur xalqının deyil, dünya türklərinin elm və təhsilinin inkişafına töhvə verib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08