Alimlər Sakit okeanın ən dərin yerində yaşayan balıq növü aşkar ediblər
Maraqlı
2 Dekabr 2017 15:21

Alimlər Sakit okeanın ən dərin yerində yaşayan balıq növü aşkar ediblər


Bakı. 2 dekabr. REPORT.AZ/ Alimlər Sakit okeandakı Mariana çökəkliyində bu günə qədər məlum olan ən dərin yerdə yaşayan balıq aşkar ediblər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qeyri-adi canlıların videosu "YouTube" videoportalında yerləşdirilib.
"The Independent" nəşri "Mariana dəniz ilbizi" (Mariana snailfish) adı verilən balıq növünün 8,1 km dərinlikdə yaşadığını yazıb. Eyni zamanda, alimlər nəzəriyyədə balıqların yaşaması üçün maksimum dərinliyin 8,2 km olduğunu bildiriblər.
Yeni balıq növü ilə bağlı hesabat hazırlayan Vaşinqton Universitetinin mütəxəssisləri qeyd edirlər ki, "ilbiz" ekstremal şərtlərə uyğunlaşa bilməyəcək kimi görünsə də, əslində, o, öz yaşayış mühitinə mükəmməl alışıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08