"Mehriban Əliyevanın gördüyü işlərin nəticəsidir ki, Fərid Qayıbov belə bir uğurlu vəzifəyə seçilib"
Ölkə
2 Dekabr 2017 15:24

"Mehriban Əliyevanın gördüyü işlərin nəticəsidir ki, Fərid Qayıbov belə bir uğurlu vəzifəyə seçilib"


Azərbaycanda idmana böyük diqqət var, ölkəmiz artıq dünyada idman ölkəsi kimi də tanınır.

Mill.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü Rövşən Rzayev Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsinə münasibət bildirərkən deyib.

R.Rzayev qeyd edib ki, Azərbaycanın idman sahəsində uğurları hər kəsi sevindirir: "Son dövrlərdə isə Azərbaycanda idmanın gimnastika növü çox uğurla inkişaf edir və bu sahədə çox böyük nailiyyətlər əldə olunub. Əlbəttə, bütün bunlar Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevanın əməyi nəticəsində mümkün olub. Mehriban Əliyevanın gimnastikaya göstərdiyi diqqət nəticəsində Azərbaycan gimnastları dünyada böyük uğurlara imza atırlar. Görülən bu işlərin nəticəsidir ki, Fərid Qayıbov belə bir uğurlu vəzifəyə seçilib. Hesab edirəm ki, bu, həmçinin Azərbaycan idmanına, Azərbaycanın dünyada olan mövqeyinə verilən qiymətdir və Azərbaycana olan inam, etibardan irəli gələn məsələdir".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezidenti seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08