Azad Rəhimov: Azərbaycan Gimnastika Federasiyası Mehriban Əliyevanın rəhbərliyi altında böyük inkişaf yolu keçib (ÖZƏL)
Ölkə
2 Dekabr 2017 16:27

Azad Rəhimov: Azərbaycan Gimnastika Federasiyası Mehriban Əliyevanın rəhbərliyi altında böyük inkişaf yolu keçib (ÖZƏL)


Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi bizi çox sevindirir və azərbaycanlı olaraq bizdə qürur hissi doğurur”.

Bunu özəl olaraq Trend-ə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov AGF-nin baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi ilə bağlı açıqlamasında deyib.

A.Rəhimov bildirib ki, Fərid Qayıbovun bu vəzifəyə seçilməsi təsadüfi deyil: “Azərbaycan Gimnastika Federasiyası Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında böyük inkişaf yolu keçib. Ölkəmizdə gimnastikanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, gimnastlarımız istər Avropa çempionatı, istər dünya çempionatları, istərsə də Olimpiya Oyunlarında yüksək nəticələr əldə ediblər”.

A.Rəhimov vurğulayıb ki, Azərbaycan həmçinin gimnastika üzrə bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi edib: “Bunlara misal olaraq Bakıda keçirilən batut gimnastikası üzrə FIG Dünya Kubokunu, Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalını, Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunu, Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kubokunu, Bədii Gimnastika üzrə FIG Dünya Kubokunu və digər çoxsaylı yarışları misal göstərmək olar”.

Nazir vurğulayıb ki, bütün bu işlər həm beynəlxalq gimnastika aləmində Azərbaycanın adını yüksəldib, həm də Azərbaycana böyük etimadın yaranmasına gətirib çıxarıb: “Bunun nəticəsidir ki, Fərid Qayıbov bu cür yüksək vəzifəyə - Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçilib. Əminəm ki, bu seçimin nəticəsində həm Azərbaycanda gimnastika daha da inkişaf edəcək, həm də Azərbaycan dünya gimnastikasının inkişafına öz töhfəsini verəcək. Biz çox sevinirik və Fərid Qayıbovu təbrik edirik”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08