Zərrabdan danışan Ərdoğandan SƏRT İFADƏLƏR: “Kimsə Hansın qulu olur, kimsə də Corcun köləsi...”
Dünya
2 Dekabr 2017 16:28

Zərrabdan danışan Ərdoğandan SƏRT İFADƏLƏR: “Kimsə Hansın qulu olur, kimsə də Corcun köləsi...”


“Kimsə Hansın qulu olur, kimsə də Corcun köləsi. Kimsə saxta məhkəmə ilə mənim ölkəmi ittiham edir”.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarsda AKP-nin toplantısında çıxışı zamanı Rza Zərrab məhkəməsindən danışarkən bildirib.

Ərdoğan qeyd edib ki, FETÖ-nün uydurma təmsilçiləri ilə qurulan məhkəmələrdə heç kim Türkiyəni ittiham edə bilməz.

Türkiyə prezidenti ana müxalifət partiyası olan CHP lideri Kamal Kılıçdaroğlunun onun haqqında ittihamlarına da cavab verib.

“Bu adam mənim övladlarımın xaricə pul çıxardığını iddia edir. Halbuki, mənim övladlarımın, qohum-əqrabalarımın xarici banklarda nə hesabları var, nə də pul çıxarıblar. Əslində kimsə Kılıçdaroğlu ilə oyun oynayır və CHP-də onu qurban vermək istəyirlər. Onun əlindəki sənədlər saxtadır”, - deyə Ərdoğan vurğulayıb.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08