Bütün yollar Qarabağa aparanda...
Digər
4 Dekabr 2017 14:57

Bütün yollar Qarabağa aparanda...


 

Artıq bütün diqqətlər Romaya yönəlib. “Qarabağ” üçün. Düzdü, bu oyun “Qarabağ”ın qrupdakı taleyi baxımından önəmli deyil. Amma Qarabağ üçün önəmlidir. Həm bu oyun, həm bundan əvvəlkilər, həm də bundan sonrakılar. Bu gün bütün diqqətlər Romaya yönəlib, çünki bütün yollar Qarabağa aparmalıdır...

 

Yol demişkən...
 

Hərə Qarabağa qayıtmağın bir yolunu düşünür. Kimisi deyirdi ki, Qarabağa yol Təbrizdən keçir. Kimisi hesab edirdi ki, Qarabağa getmək üçün mütləq İstanbuldan keçmək lazımdı. Kimisi bu yolun Moskvadan keçdiyini düşünür. Hətta bu yolun Kərbəladan keçdiyi fikrində olanlar da var...

 

İndi şükür ki, Təbrizə getmək bir o qədər də müşkül deyil. Heç viza da tələb olunmur. Moskva da ki, özümüzündü. İstanbul su yoluna dönüb. İraqda qan-qada, müharibə, gündə bir partlayışa baxmayaraq, Kərbəlaya gedənlərimiz də ilbəil artır. Olsun.
Amma hələ də Qarabağa gedə bilmirik...

 

Bütün yollar Romaya aparırdı.

 

Bilirsiz niyə?
 

Çünki Roma Roma idi. Hər şeyin əvvəli də, axırı da Romada idi. Roma köhnə qitənin mərkəzi idi. Həm maddi, həm də mənəvi. Buna görə də hamı Romaya can atırdı...

 

Hamı Romaya can atırdı.
 

Bəs indi biz hara can atırıq?
 

Qarabağa can atırıq?

 

Çətin sualdı.

 

Amma məntiqi cavabı var...

 

Əgər biz hamımız Qarabağa can atsaydıq, bütün yollar Qarabağa aparardı.

 

Əgər bütün yollar Qarabağa aparsaydı, biz Qarabağa gedə bilərdik.

 

Axı Qarabağ çox da uzaq deyil...

 

Bu gün diqqətlər Romaya yönəlib. Çünki “Qarabağ” Romadadı.

 

“Roma” da Qarabağa gələcək. Bütün yollar Qarabağa aparanda.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08