Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ
Sağlamlıq
11 Dekabr 2017 17:48

Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ


“Qışda psixoloji olaraq bədən xəstələnir. Bunun da başlıca səbəbi günəşsizlikdir. Ona görə içəridə qalmayın”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyəli daxili xəstəliklər üzrə həkim, kardioloq, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, xəstəliklərin başlıca səbəbi həm də D vitamini çatışmazlığıdır:

“Qış olsa da, qar, dolu yağsa da, hər tərəf buz bağlasa da, küçəyə çıxıb gəzin. Dəniz kənarında, meşələrdə gəzin. Bu zaman depessiyadan da xilas olarsınız. Günəş az göründüyünə görə tez-tez depressiyaya düşürsünüz. Ancaq təbii qidalar qəbul etdiyiniz zaman depressiyaya düşməzdiniz”.

Kardioloq D vitamini əskikliyini aradan qaldırmağın yollarını da açıqlayıb:

“20 min xəstəmin 99 faizində D vitamini çatışmazlığı var. Bunun səbəbləri çoxdur. Günəş şüalarını az qəbul etmək, hava kirliliyi, heyvan mənşəli qidalardan, heyvanların daxili orqanlarını yeməkdən imtina etmək bu sıradandır. İllərdir bizə bu qidalar xəstəlik, infarkt səbəbi olduğu deyilirdi. Ona görə də insanların çoxunda D vitamini əskikliyi var. Bu problemi aradan qaldırmaq üçün təbii qidalar qəbul etməlisiniz. Qışda hansı turşu sevirsinizsə, evdə hazırlayın, içinə əlavə qatqı maddəsini vurmayın. Qışda mütləq evdə hazırlanmış sümük suyu, xaş, ev qatığı, bol sirkə istifadə edilməlidir. Bunlar hamısı sizin üçün lazım olan təbii probiotiklərdir (insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər”).

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08