Öncəgörmələri gerçəkləşən türk astroloqdan QORXUNC 2018 PROQNOZU: DƏHŞƏTLİDİR - VİDEO
Digər
13 Dekabr 2017 16:43

Öncəgörmələri gerçəkləşən türk astroloqdan QORXUNC 2018 PROQNOZU: DƏHŞƏTLİDİR - VİDEO


2017-ci illə bağlı bir çox öncəgörmələri gerçəkləşən Türkiyənin məşhur astroloqu Aslı Güdər 2018-ci ildə dünyada baş verəcəklərlə bağlı bir sıra proqnozlar verib.

Publika.az
xəbər verir ki, astroloq gələn il III Dünya müharibəsinin başlamayacğını deyib: “Lakin III Dünya müharibəsindən daha betər olan terror aktlarının şahidi olacağıq. Dövlət qura bilməyən İŞİD-in gizli hücrələri Avropa ölkələrinin paytaxtlarında daha öncə bənzəri olmayan qətliamlar törədəcək. Diqqət edin, terror aktı yox, birbaşa qətliamlar”.

Öncəgörən iddia edir ki, dünyada iqtisadi böhran bir sıra böyük markaları vuracaq.

“Başda böyük şirkətlər olmaq üzrə bir sıra məşhur markalar çətinliklərlə üzləşəcək. Xüsusilə böyük bir şirkətin çökməsi hamını heyrətləndirəcək”, - deyə o bildirib.

Astroloqun proqnozlarında deyilir ki, qlobal istiləşmə ən azı terror aktları qədər tələfata səbəb olacaq: “İstiləşməyə görə qopan buz parçaları cənubdakı sahil şəhərlərində daşqınlar yaradacaq. Bununla yanaşı, gələn il ölmüş bildiyimiz bir çox məşhur şəxsin əslində ölmədiyini, gizləndiyini öyrənəcəyik. Həmçinin, bir çox məşhur şəxs intihar edəcək. Müxtəlif cür narkotik vasitələr çıxacaq və narkotik istifadəçilərinin sayı inanılmaz dərəcədə artacaq. Kimliyi, məqsədi bilinməyən terror təşkilatları kimyəvi və bioloji silahlarla insanların sıx gəzdiyi ticarət mərkəzlərinə hücum edəcək”.

A.Güdər iddia edir ki, gələn il dünyanın şərqindəki bir maliyyə paytaxtında “11 sentyabr” kimi terror aktı törədiləcək: “Bütün dünya bu hadisəni günlərlə müzakirə edəcək”.

Onun fikrincə, yeni bir din və daha öncə heç kimin bilmədiyi yeni bir dil meydana gələcək.

“Kiber hücumlar artacaq, bəzi böyük paytaxtlar qaranlığa bürünəcək. Hər kəs mümkün olduğu qədər təbii qidalardan istifadə etməlidir. Çünki qidalardan gələn viruslar ciddi epidemiyalara yol açacaq. Ümumilikdə, 2018-ci il tarixə bəşəriyyətin ən böyük xaosunun başlandığı il olaraq düşəcək”, - deyə öncəgörən bildirib.

Qeyd edək ki, A.Güdərin 2017-ci il üçün verdiyi proqnozlara “Londonda terror aktı, İŞİD-in Afrikaya keçidi, Bərzaninin referendumunun baş tutmaması, Trampın müsəlmanlara qarşı düşmənliyinin ABŞ-ın başına bəlalar açacağı” kimi həyata keçmiş hadisələr daxil idi.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08