Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib
İdman
14 Dekabr 2017 15:06

Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib


Bakı. 14 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı Gəncədə müəyyənləşib. "Report"un məlumatına görə, "Kəpəz" və "Keşlə" komandaları arasındakı 1/4 final mərhələsinin cavab görüşündə qapılara 5 qol vurulub.
İlk yarını qonaqlar 33-cü dəqiqədə Mirsahib Abbasovun vurduğu qolla öndə tamamlayıblar - 1:0.
İkinci hissədə komandalar hərəyə 2 dəfə fərqlənib. 48-ci dəqiqədə Şəhriyar Rəhimov hesabı bərabərləşdirib. 79-cu dəqiqədə isə Kamran Abdullazadə "Kəpəz"i önə çıxarıb. Lakin 81-ci dəqiqədə Pərdis Fərcad-Azad, 84-cü dəqiqədə isə Mirsahib Abbasov fərqlənərək, "Keşlə"yə 3:2 hesablı səfər qələbəsi qazandırıblar. İlk görüşdə də paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gəldiyi üçün iki görüşün yekununda mərhələ adlayıb.
Ramiz Məmmədovun baş məşqçi olduğu komandanın yarımfinaldakı rəqibi dekabrın 15-də "Sumqayıt" - "Qarabağ" matçından sonra müəyyənləşəcək. Bu klublar arasındakı ilk görüşdə Ağdam təmsilçisi qalib gəlib - 2:1.   

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08