Azərbaycanın yeni vergilər naziri məşhur milyarderlə görüşüb
İdman
14 Dekabr 2017 17:11

Azərbaycanın yeni vergilər naziri məşhur milyarderlə görüşüb


Bakı. 14 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konqresdə qurumun prezidenti, vergilər naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 
Ümumilikdə 126 milli federasiyanın qatıldığı tədbirdə ötən ilin yekunları və gələcək inkişaf planı müzakirə olunub. Forumda qərara alınıb ki, 2020-ci ildə gənc və yeniyetmə idmançılar arasında dünya çempionatı ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilsin. Qahirə (Misir) və Zaqreb (Xorvatiya) şəhərləri isə müvafiq olaraq, 2019 və 2020-ci ildə keçiriləcək veteran qılıncoynadanların mundialına ev sahibliyi edəcək.
Tədbir çərçivəsində AQF nümayəndə heyəti FİE prezidenti, məşhur milyarder Alişer Usmanov, Avropa Qılıncoynatma Konfederasiyasının rəhbəri Stanislav Pozdnyak, o cümlədən Ukrayna, Gürcüstan Qılıncoynatma Federasiyalarının rəhbər şəxsləri və Rusiya millisinin baş məşqçisi İlqar Məmmədovla ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanda qılıncoynatmanın inkişafı, məşqçilər və idmançıların təcrübə yığması üçün əməkdaşlıq perspektivləri, idmançıların beynəlxalq turnirlərdə iştirakı müzakirə olunub. 
M.Cabbarov əslən azərbaycanlı ikiqat olimpiya çempionunu Rusiya Federasiyasının "Şərəf" ordeninə layiq görülməsi münasibətilə təbrik edib. İ.Məmmədovun bu idman növünün inkişafında xidmətlərini yüksək qiymətləndirən AQF prezidenti ona məşqçilik fəaliyyətində uğurlar arzulayıb.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08