Papadan şeytanla bağlı ŞOK SÖZLƏR - Hamı ÇAŞ-BAŞ QALDI - VİDEO
Digər
14 Dekabr 2017 18:43

Papadan şeytanla bağlı ŞOK SÖZLƏR - Hamı ÇAŞ-BAŞ QALDI - VİDEO


“Şeytan sis deyil, gerçək bir şəxsdir, ancaq onunla dialoqa girməyin”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Katolik Kilsəsinin lideri, Papa Françesko İtaliya Katolik Kilsəsinin televiziya kanalı TV2000-də ötən gün yayımlanan proqramda çıxışı zamanı deyib.

Fikirləri ilə çaşqınlığa səbəb olan Papa insanlara səslənərək bildirib ki, şeytanla dialoqa girənlər qeyb ola bilər.

“Şeytan pislikdir, Milandakı sis deyil. Yayılan bir şey deyil, gerçək bir şəxsdir”.

Papa izləyiciləri şeytanla əlaqədən uzaq durmağı tövsiyə edib: “Tam əmin olduğum bir şeyi qeyd etmək istəyirəm. Şeytanla dialoqa girməyin. O bizdən də ağıllıdır. Sizi alt-üst edər, başınızı döndürər, itərsiniz”.

Proqramın aparıcısı Don Marco “Yəni şeytanın bir adı və soyadı olduğunu deyirsiniz?” sualına, Papa “Bəli, əminəm”, - deyə cavab verib.

Papa həmçinin şeytanın “incə davranaraq” insanların beyninə girdiyini deyib: “Əgər nə baş verdiyini tez anlamasanız, sonu pis ola bilər”.

Papa Françesko bundan əvvəl bir neçə dəfə şeytandan danışmışdı və “yeni nəsil şeytanın bir fiqur olduğuna inandırılıb. Amma şeytan var və onunla mübarizə aparmaq lazımdır”, - deyə bildirmişdi.

Qeyd edək ki, Papa Françesko 2013-cü ildə Vatikanda xəstə bir nəfərin başına toxunaraq dua etmişdi və bu dua “şeytan çıxartma ayini” olaraq şərh edilmişdi.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08