Uşaq evində böyüyən Samiraldo bacısını tapdı - İLLƏR SONRA - VİDEO
Digər
14 Dekabr 2017 18:52

Uşaq evində böyüyən Samiraldo bacısını tapdı - İLLƏR SONRA - VİDEO


 

Azərbaycanlı stilist Samiraldo (Samir Əliyev) uzun illər sonra doğma bacısını tapıb. Dəb ustası bu barədə ilk dəfə Lent.az-ın canlı yayımında deyib: “İllər sonra bacımı tapdım. Bacımın uşağı da var. Ona görə də ailə qurmayacam. Elə hiss edirəm ki, bacımın uşağı öz uşağımdır. Bütün həyatımı onlara həsr edirəm. Bacım özü məni axtarıb tapdı. Sənətdə atamızın, anamızın adı eyni olduğuna görə, əmin oldum ki, bu mənim bacımdır. İlk görüşümüzün təəssüratı yaxşı oldu. Bacı elə mənim üçün bacıdır. İllərdir ki, onu görməyi arzu edirdim”.

 

Samiraldo onu da əlavə edib ki, qardaşı ilə anasını heç bir zaman qəbul etməyəcək: “Nə qardaşımı, nə də anamı qəbul edəcəm. Mən heç kimdən küsməmişəm. Sadəcə, mən elə ağır həyat keçirdim ki, düşünürəm, bunları bağışlamaq olmaz. Bu, Allaha da xoş olmaz. Bu insanlar mənim həyatımla oynadılar. Elə onlar mənim həyatımda olmasalar yaxşıdı. İnanmıram ki, gələcəkdə onlarla barışam. Onlar barədə danışmağı evdəkilərə də qadağa qoymuşam. Çünki qəlbim sınıb. Özü də çox sınıb”.

Xatırladaq ki, stilist Samiraldo uşaqlar evində böyüyüb. 

Qeyd edək ki, Samiraldonun müsahibəsinin ardına aşağıdakı linklərdə baxa bilərsiz. 

 

 





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08