Rusiyanın sabiq iqtisadi inkişaf naziri 8 il müddətinə azadlıqdan məhrum edilib
Dünya
15 Dekabr 2017 15:06

Rusiyanın sabiq iqtisadi inkişaf naziri 8 il müddətinə azadlıqdan məhrum edilib


Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev böyük məbləğdə rüşvət aldığına görə 8 il müddətinə azadıqdan məhrum edilib, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
O həmçinin məhkəmənin qərarı ilə 130 milyon rubl məbləğində cərimələnib.

*** 12:53
Moskvanın Zamoskvoretski məhkəməsi Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin İqor Seçindən böyük məbləğdə rüşvət aldığına dair qərar verib.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Xatırladaq ki, A.Ulyukayev Rusiyanın müasir tarixində korrupsiya ittihamı ilə saxlanılan ilk federal nazir olub. İstintaqın versiyasına görə, o, "Rosneft"in rəhbəri İqor Seçindən şirkətə "Başneft" dövlətin paketini əldə etməyə imkan verəcək müqaviləni almaq üçün 2 milyon dollar tələb edib.
İttiham tərəfi sabiq nazirin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini və 500 milyon milyon rubl məbləğində cərimə olunmasını xahiş edib. A.Ulyukayev isə özünü təqsirli hesab etmir və dəhşətli təxribatın qurbanı olduğunu bildirir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08