“Bakcell” Qərb Universiteti ilə əməkdaşlıq edəcək
Texnologiya
15 Dekabr 2017 17:26

“Bakcell” Qərb Universiteti ilə əməkdaşlıq edəcək


Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” MMC və ilk özəl ali təhsil müəssisəsi olan Qərb Universiteti (Western Caspian University) arasında əməkdaşlıq memorandumu imzalanıb. 
Bu barədə “Report”a "Bakcell"dən bildirilib. 
Şirkətin baş icraçı direktoru Nikolay Bekkers (Nikolai Beckers) və Qərbi Universitetinin rektoru Andris Leytas (Andris Leitas) tərəfindən imzalanmış sənədə əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur.
“Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək”, – deyə "Bakcell"in açıqlamasında deyilir.
“Bakcell" ilə imzaladığımız bu razılaşma gənclərimiz üçün yeni gözəl imkanlar yaratmaqla yanaşı bir çox birgə layihələrin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi olacaqdır. Həmçinin, birgə fəaliyyətimiz çərçivəsində universitet tələbələrinin Bakcell şirkətinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirakı və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, “Bakcell”in təcrübəsi universitetimiz tərəfindən qurulmuş texnoparkın inkişaf etdirilməsinə, bu texnoparkda müxtəlif istiqamətlər üzrə “Start-up” layihələrinin həyata keçirilməsinə böyük dəstək olacaq”, - deyə A.Leytas bildirib.
“Azərbaycanın milli mobil operatoru olaraq, "Bakcell" şirkəti üzün illərdir ki Azərbaycan gənclərinə təhsil və karyeranın qurulması istiqamətlərində dəstək göstərməkdədir. Bu fəaliyyət çərçivəsində gənclər üçün şirkətdə təcrübə və iş imkanları yaradılıb. Biz, Qərb Universiteti ilə əməkdaşlığa başlamağımıza çox şadıq və təbii ki, universitetin mühüm layihələrinin həyata keçirilməsində öz dəstəyimizi əsirgəməyəcəyik”, - deyə N.Bekkers qeyd edib.
Tərəflər arasında imzalanmış sənəd müxtəlif sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur. Eyni zamanda, razılaşmaya əsasən, "Bakcell" özünün “Applab” layihəsi çərçivəsində gördüyü işlərə əsaslanaraq universitet tərəfindən qurulmuş texnoparkın (Yüksək Texnologiyalar Parkının) inkişaf etdirilməsi və orada müxtəlif istiqamətlər üzrə startap layihələrinin həyata keçirilməsi sahəsində öz təcrübəsini bölüşəcək. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08