Ərazilərin qaytarılacağı TARİX, Kremldən MÜHARİBƏ ƏMRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Digər
15 Dekabr 2017 20:03

Ərazilərin qaytarılacağı TARİX, Kremldən MÜHARİBƏ ƏMRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ


İstanbulda böyük qətliama səbəb olacaq terror hücumun qarşısı Milli İstihbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə alınıb. Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəni istənilən an başlaya bilər. Koreya Xalq Demokratik Respublikasının (KXDR) ətrafında vəziyyət üzrə hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib çıxaracaq. Avropa İttifaqı ölkələrinin siyasi liderləri ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı kursundakı son dəyişikliklərlə razılaşmayıblar.

İstanbulda böyük qətliama səbəb olacaq terror hücumun qarşısı Milli İstihbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə alınıb. Dünən Bahçelievlərdə keçirilən əməliyyatla park halında olan avtobusda 60 kiloqram bomba ələ keçirilib.

İlk araşdırmalardan sonra bombaların RDX, PENT və HMX tipli olduğu müəyyən edilib. NATO arsenalında olan bombaların PKK tərəfindən asanlıqla əldə edilməsi diqqət çəkir.

İstanbul havaya UÇURULACAQDI - NATO-dan XAİN ADDIM

Rəsmi Ankaranın kəskin narazılığından sonra ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster qalmaqala səbəb olan çıxışı barədə danışıb. Makmaster Türkiyə ilə güclü ittifaqa inandığını bildirib.

Qeyd edək ki, Herbert Makmaster Türkiyənin radikal qruplara dəstək verdiyini və ABŞ-ın dekabrın 18-də qəbul edəcəyi Milli Təhlükəsizlik Strategiyasında bunun əks olunacağını qeyd etmişdi. Türkiyə isə bu açıqlamaya sərt reaksiya göstərmişdi.

Avropa İttifaqı ölkələrinin siyasi liderləri ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı kursundakı son dəyişikliklərlə razılaşmayıblar. Bu barədə Avropa Şurasının sədri Donald Tusk danışıb.

Tusk Brüsseldə keçirilən sammitdə iştirak edən 28 ölkə adından Avropa Birliyinin Qüds məsələsində mövqeyinin dəyişməz olaraq qaldığını qeyd edib.

Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər. Sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi.

“Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir”, - deyə D.Tusk “Tvitter” hesabında qeyd edib.

Qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək.

Rusiya istənilən vaxt Kremldən verilən əmrlə dövlətimizə qarşı genişmiqyaslı döyüş əməliyyatlarına başlaya bilər. Bunu Ukrayna-NATO Komissiyasının iclasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Kremldən əmr gözləyirlər - Müharibə istənilən vaxt BAŞLAYA BİLƏR

Krım Rusiyanın dağılmasından sonra Ukraynaya qayıdacaq. Bunu Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk deyib.

“Rusiyanın vahid dövlət kimi məhv edilməsi Krımın Ukraynaya qayıdışının şərtidir”, - nazir müavini bildirib.

O əlavə edib ki, Donbasda müharibənin başa çatacağı tarixi dəqiq söyləmək mümkün deyil.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ətrafında vəziyyət üzrə hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib çıxaracaq. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda çıxışı zamanı bildirib.

“Koreya yarımadası ətrafında vəziyyət narahatlıq doğurur. Gərginliyin tədricən azaldılmasına və danışıqlara alternativ mövcud deyil. Hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib çıxaracaq”, - o deyib.

Lavrovun sözlərinə görə, Rusiya Çin ilə birgə mövcud problemin həllinə imkan verən “yol xəritəsi”ni hazırlayıb.

ABŞ-ın Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrem prezident Donald Tramp administrasiyasının Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində sonrakı hərəkətləri haqqında öz proqnozunu verib. Bu haqda “The Atlantic” nəşri bildirib.

Onun fikrincə, Birləşmiş Ştatlar və Şimali Koreya arasında birbaşa hərbi toqquşma ehtimalı hazırda 70 faiz təşkil edir.

“Birinci biz vuracağıq!” – ABŞ müharibə SSENARİSİNİ AÇIQLADI

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08