Ermənistanın baş naziri Azərbaycana gəldi – Gizli MÜHARİBƏ GEDİR
Digər
16 Dekabr 2017 13:58

Ermənistanın baş naziri Azərbaycana gəldi – Gizli MÜHARİBƏ GEDİR


Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Publika.az
xəbər verir ki, Karapetyan Qarabağda zavodlara baş çəkəcək, həmçinin qondarma “DQR” nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Karapetyanın səfəri Serj Sarkisyanın dekabrın 1-də Qarabağa gəlişi fonunda diqqət çəkir. Hər iki səfərin 2018-ci ilin aprelindən sonra ölkəyə kimin rəhbərlik etməsi ilə bağlı olduğu ehtimalı var.

Gələn ilin aprelində Sarkisyan prezident səlahiyyətlərini başa vuracaq, bundan sonra Ermənistanın yeni konstitusiyasına əsasən ölkədə əsas söz sahibi baş nazir olacaq.

Məlumatlara görə, Sarkisyan əvvəlcə Rusiyanın adamı olan Karapetyanla razılaşıb. Razılaşmaya görə, Sarkisyan baş nazir olur və xarici siyasətlə təhlükəsizlik məsələrinə nəzarət edir, Karapetyan isə baş nazirin birinci müavini olaraq hökuməti idarə edir. Lakin sonradan bu razılaşma pozuldu və Karapetyan postundan imtina etməkdən vaz keçdi. Bu, Moskanın Avropa İttifaqı ilə saziş imzalayan Sarkisyana cəzası idi. İndi Sarkisyanla Karapetyan arasında əsas mübarizə gələn il ölkəyə kimin rəhbərlik etməsi üzərində gedir. Bu prosesdə Dağlıq Qarabağ faktoru əsas amildir. Sarkisyan Qarabağa gələrək, erməni ictimaiyyətinin gözündə “öz qiyməti”ni artırmaq gedişi etdi. Eyni gedişi indi də Karapetyan edir. Ermənistan mediası Sarkisyanla Karapetyanın “kim baş nazir olacaq” müharibəsinin başladığını yazır. Qeyd olunur ki, rəsmi şəkildə tərəflər bir-birinin əlini sıxsa da, gizlində qarşıdurma gedir. Görünür, bu müharibə Qarabağdan başlayıb.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08