İsti içkilərlə ƏSLA SİQARET ÇƏKMƏYİN - Yoxsa...
Sağlamlıq
16 Dekabr 2017 17:38

İsti içkilərlə ƏSLA SİQARET ÇƏKMƏYİN - Yoxsa...


Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığına təhlükədir. Bundan başqa bəzən siqaret çəkən insanlar tütnlə bərabər saqqız çeynəyir, çay içir və ya hər hansı qida növlərindən istifadə edirlər. Siqaret çəkərkən parallel olaraq çay içmək, saqqız çeynəmək insan orqanizmində ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilən siqaret bu gün dünya əhalisinin 90 faizini öz cənginə alıb. Dünyada daxili xəstəliklər üzrə mütəxəssislər, qastroentroloqlar bu mövzuda insanlara ciddi xəbərdarlıq edirlər.

Bu gün statistikaya görə, dünyada qida borusu xərçəngindən ölənlərin sayı artıb. Xərçəngin bu növü ən nadir yayılanlar sırasında olsa da, ötən il ilə müqayisədə Türkiyədə və Amerikada bu göstəricilər artıb.

Həkimlər deyir ki, bunun başlıca səbəbi siqaretdir. Xüsusilə isti içkilərlə (çay, kofe) siqareti birlikdə istifadə edən şəxslər böyük təhlükə altındadırlar. Həyəcan təbili çalan mütəxəssislər 50-70 yaş arası insanların endoskopik müayinədən keçmələrini tövsiyə edir.

Xatırladaq ki, qida borusu xərçənginin əsas simptomları udma çətinliyi ilə başlayır. Bundan başqa qatı qidaları yeyərkən yaşanan udqunma problemi, sonradan duru yeməklərin qəbulunda da yaranan çətinliklər və iştahsızlıq da bu siptomlara daxildir. Xəstəliyin digər əlamətləri- mədə ağrısı və sürətlə arıqlama, sinə nahiyəsində yanma, qıcıqlanma, səs tellərində qısılmalar, boğulmalar, qidaların ağıza geri qayıtması, boğazda qanama, qanlı öskürək, boğulma hissi və s.

Könül Cəfərli

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 22 fevral

Astroloji proqnoz - 22 fevral

22 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08