"Təranənin həyatında o qədər kişi var ki..." - QALMAQAL BÖYÜYÜR
Digər
17 Dekabr 2017 11:12

"Təranənin həyatında o qədər kişi var ki..." - QALMAQAL BÖYÜYÜR


Müğənni Nazəninin prodüseri Pərviz Fəqan qalmaqallı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, ARB TV-nin "Günə son" verilişinə canlı bağlanan prodüser Təranə Qumralla Nazənin arasındakı münaqişədən bəhs edib.

O deyib ki, T.Qumral gündəmdən düşməmək üçün maraq yaratmaq istəyib:

“Danışdıqlarının hamısı yalandır. Qanun nəyə qərar veribsə, onu etməlidir. Təranə Qumralın dediyi sözlərin hamısı yalan və şər-böhtandır. Nazənin xanım Təranəni öz əri ilə tutmuşdu. Məhkəmədə bunu sübut etdik. Mesajlar da var. Onlar bir-biri ilə yazışıb. Son yazdığı statusu isə kimə ünvanladığı haqda yalan deyərəm. Onun həyatında o qədər kişi var ki... Bəlkə də Musa Musayevin o vaxt onları birlikdə tutduğu kişiyə ünvanlayıb".

Nazənin və prodüseri Pərviz Fəqan



Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. 

Məhkəmənin qərarına əsasən, T.Qumral Nazəninə 500 manat pul ödəməli, üzr istəməli və barəsində dediklərinə təkzib verməlidir. Həmçinin Təranə Qumralın ölkədən çıxışına da qadağa qoyulub.

T.Qumral isə üzr istəməyəcəyini bildirib: 

“Məhkəmənin qərarına hörmətim var. Nə demişəmsə, düz demişəm. Sözümün üstündə dururam. Düz dediyim sözə görə üzr istəmərəm. Mən dədəmin qızıyam, o kişi olub. Məni həbs etsələr də, assalar da üzr istəməyəcəm”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08