Rusiyada yük maşını qarda batıb qalmış azərbaycanlı sürücü polisin köməkliyi ilə yoluna davam edib
Ölkə
18 Dekabr 2017 1:36

Rusiyada yük maşını qarda batıb qalmış azərbaycanlı sürücü polisin köməkliyi ilə yoluna davam edib


Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiyanın Samara vilayətinin Sızran şəhərində idarə etdiyi ağır yük maşını qarın içində batıb qalan azərbaycanlı sürücü polis əməkdaşlarının köməkliyi ilə yoluna davam edə bilib.
“Report” xəbər verir ki, dekabrın 15-i səhər Yol Patrul Xidmətinə (YPX) qarın içindən təkbaşına çıxa bilməyən sürücü barədə məlumat daxil olub.
Müfəttişlər "M-5 Ural" avtomobil yolunun "oktyabrski" çıxışında qarın içində batıb qalan yük maşını aşkar ediblər.
Sürücünün bildirdiyinə görə, o, Moskva istiqamətində gedirmiş və səhvən "M-5 Ural" avtomobil yolundan dönüb. Sonda Sızrana gedən yola çıxıb. Sürücü düzgün istiqamətdə getmədiyini anlayanda, geri qayıtmaq qərarına gəlib. Dönmə əməliyyatını yerinə yetirən zaman isə maşının sağ təkərləri yol kənarına çıxıb və qar yığınına batıb. Onun vəziyyətdən təkbaşına çıxmaq cəhdləri səmərəsiz olub.
Hadisə yerinə gələn YPX-çılar vəziyyəti qiymətləndirdikdən sonra əraziyə təkərli traktor və yoldan keçən "Kamaz" markalı yük maşınını cəlb ediblər. Təhlükəsizlik məqsədi ilə yolda hərəkət qismən məhdudlaşdırılıb. Nəticədə Bakıdan gələn yük maşını qardan çıxarılıb. Saat 14:00-da əməliyyat başa çatıb və sürücü yoluna davam edib.
Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin Yol Patrul Xidmətinin 3 əməkdaşı sayıqlıq və məsuliyyət nümayiş etdirdiklərinə görə, hökumət tərəfindən mükafatlandırılacaqlar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08