"Keşlə"nin prezidenti komandanın yeni baş məşqçisinin adını açıqlayıb
İdman
18 Dekabr 2017 12:01

"Keşlə"nin prezidenti komandanın yeni baş məşqçisinin adını açıqlayıb


Bakı. 18 dekabr. REPORT.AZ/ Bakının "Keşlə" futbol komandasına gələn həftə yeni baş məşqçi təyin olunacaq. Klubun prezidenti Zaur Axundovun "Report"a verdiyi məlumata görə, bu, ukraynalı Yuri Maksimovdur.
Z.Axundov bildirib ki, 49 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə bağlanılacaq. Yeni baş məşqçinin qarşısına Azərbaycan Premyer Liqasında daha yüksək yerlərdən birini tutmaq və Azərbaycan Kubokunu qazanmaqla Avropa Liqasına vəsiqə əldə etmək tapşırığı qoyulacaq.
Klub prezidentinin sözlərinə görə, Zaur Svanadzenin istefaya göndərilməsindən sonra baş məşqçi postuna müvəqqəti gətirilmiş Ramiz Məmmədov isə yenə əvvəlki işinə - əvəzedici heyət üzrə koordinator vəzifəsinə qaytarılacaq: "Ramiz müəllim bizim üçün dəyərli mütəxəssisdir".
Z.Axundov qış fasiləsində komandadan getmək istəyən heç bir futbolçunu saxlamayacaqlarını da əlavə edib.
Qeyd edək ki, Yuri Maksimov əvvəllər Ukraynanın "Dnepr", "Dinamo" (Kiyev), Almaniyanın "Verder" kimi komandalarında çıxış edib. O, 2005-ci ildə Belarusun "Dinamo" (Minsk) klubunda baş məşqçi karyerasına başlayıb. 2006 - 2013-cü illərdə Ukraynanın MOİK (Kiyev), "Obolon", "Krivbass", "Metallurq" (Donetsk) və "Mordoviya" komandalarının baş məşqçisi olmuş Maksimovun son komandası ötən mövsüm rəhbərlik etdiyi Qazaxıstan "Taraz"ı olub. Ukraynalı mütəxəssis 2013-2014 mövsümündə "Mordoviya"nı Rusiya I Divizionunun qalibi edərək, Premyer Liqaya çıxarıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08