Energetika naziri bir sıra enerji obyektlərinə baş çəkib
İqtisadiyyat
18 Dekabr 2017 16:36

Energetika naziri bir sıra enerji obyektlərinə baş çəkib


Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkənin enerji sektorunda mühüm yer tutan bir sıra müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanıb.
Nazirlikdən “Report”a verilən məlumata görə, bu məqsədlə Şirvana səfəri çərçivəsində 780 MVt gücə malik “Cənub” elektrik stansiyasının işi ilə tanış olub. Müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyalarından biri kimi ölkənin enerji potensialının gücləndirilməsinə xidmət edən bu infrastruktur qurğusu barədə nazirə ətraflı məlumat verilib. Bildirilib ki, 2013-cü ildən istismara verilmiş stansiyanın fəaliyyəti keyfiyyətlilik və qənaətlilik prinsipinə əsaslanır. “Cənub” stansiyası analoji stansiyalardan fərqli olaraq faydalı iş əmsalı, sərfiyyat kimi məsələlərdə bir sıra üstünlüklərə malikdir.
Sonra energetika naziri yağ və quru tipli transformatorlar istehsal edən “ATEF Şirkətlər Qrupu” MMC-də olub, inkişaf etmiş ölkələrin texnologiyaları əsasında qurulmuş istehsalat prosesi ilə maraqlanıb.
P.Şahbazov Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan Qaradağ rayonu ərazisindəki Səngəçal Elektrik Stansiyasına da baş çəkib. Ümumi gücü 300 MVt olan bu modul tipli stansiyanın qaz, mazut və dizellə işləmək imkanına malik olduğu qeyd edilib.
Dünyanın ən böyük neft və qaz terminallarından olan “Səngəçal” terminalının “Şahdəniz-2” layihəsi çərçivəsində genişləndirilən sahəsinə də gələn nazirə layihə üzrə tikinti və quraşdırma işlərinin gedişatı barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivsində işlər yekunlaşmaq üzrədir. Genişləndirmə tədbirləri ildə əlavə 16 mlrd. kubmetr qaz emalına imkan yaratmaqla, terminalın Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaq.
Daha sonra Bakı İstilik Elektrik Mərkəzində (İEM) olan P.Şahbazov istehsal prosesinin dayanıqlılığını artırmaq məqsədilə həyata keçirilən tədbirlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib. 





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08