Fəxri fərmanla təltif olunan kikboksçu: “Uğurlarımız Prezidentimizin adı ilə bağlıdır”
İdman
18 Dekabr 2017 18:18

Fəxri fərmanla təltif olunan kikboksçu: “Uğurlarımız Prezidentimizin adı ilə bağlıdır”


Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə məşhur kikboksçu Xəyal Sərdar oğlu Əhmədov Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanı ilə təltif olunub. Fəxri Fərmanı ona Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyev təqdim edib.

Publika.az-ın xəbərinə görə, göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən X.Əhmədov bildirib ki, bu gün Azərbaycanm idmanı dünya səviyyəsində özünəməxsus yerini formalaşdırıb.

Onun sözlərinə görə, qazanılan uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Məhz prezidentimizin idmana xüsusi diqqət və qayğısı nəticəsində bu gün beynəlxalq arenada ciddi uğurlar əldə edirik. Dövlət başçısı həmişə idmançılara dəstək olub, onlara diqqətlə yanaşıb. Təbii ki, bu da idmançılara ruh yüksəkliyi verir, onları motivasiya edir. Cənab prezidentin diqqətini üzərimizdə hiss etdiyimizdən özümüzü daimi ona borclu hesab edirik. Buna görə də, üzərimizdə mütəmadi işləyir və Azərbaycan bayrağını yüksək yerlərdə dalğalandırmağa çalışırıq. Bundan sonra da bizə göstərilən etimadı doğrultmağa çalışacağıq. Bir daha prezidentimizə təşəkkür edirəm, ona can sağlığı arzulayıram”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08