84 yaşlı qadının qida borusu tam çıxarıldı - Azərbaycanda (FOTO)
Sağlamlıq
18 Dekabr 2017 18:53

84 yaşlı qadının qida borusu tam çıxarıldı - Azərbaycanda (FOTO)


84 yaşlı xəstədə qida borusu tam xaric edilərək mədədən düzəldilmiş süni qida borusu ilə əvəz olunub.

Publika.az xəbər verir ki, əməliyyat Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikas;nda icra olunub. Əməliyyatı icra edən ATU TCK-nın laparoskopik-bariatrik cərrahı Aslan Abdullayev onun unikal və mürəkkəb olduğunu deyib:

“Klinikamıza bu günlərdə udma aktının pozulması və təkrari qusma, arıqlama şikayətləri ilə müraciət etmiş qadında müayinə zamanı qida borusunun aşağı 1/3-də qida borusunun mənfəzini tam tutan bədxassəli şişin olması aşkarlanıb. Digər mütləq əksgöstərişlərin olmamasını nəzərə alaraq xəstəyə Kombinəolunmuş torako-laparoskopik-servikotomik üç etaplı ezofaqoektomiya,ezofaqoplastika əməliyyatı icra olunub. Əməliyyat 7 saat davam edib, əməliyyat zamanı ABŞ istehsalı olan birdəfəlik avadanlıqlardan istifadə olunub, qarın və döş boşluqlarında heç bir kəsik aparılmayıb və bunun əvəzinə 8 ədəd troakar portdan istifadə olunub və mədədən düzəldilən süni qida borusu və anastomoz yarımavtomat alətlərin köməyi ilə icra olunub. Məhz bu əməliyyatın özəlliyi və unikal olması da bununla əlaqədardır”.

Həkim bildirib ki, xəstə əməliyyatdan sonrakı dövrdə reanimatoloqların gərgin əməyinin yardımı ilə tədricən aktivliyini bərpa edib:

“Əməliyyatdan sonrakı 5-ci gün xəstə tam aktivləşərək şöbəyə köçürülüb və sərbəst qidalanmağa başlayıb,10-cu gün Rentgen kontrol altında kontrastlı udma testi aparılıb,12 - ci gün kafi vəziyyətdə stasionardan evə yazılıb”.



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08