Qırıq ekranlı telefonlar tarixə qovuşur
Texnologiya
21 Dekabr 2017 22:48

Qırıq ekranlı telefonlar tarixə qovuşur


Ekranı qırılmış telefonlar işlətməkdən bezənlər üçün Yaponiyadan şad xəbər gəlib.

Publika.az xəbər verir ki, Tokio Universitetində təhsil alan bir tələbə yanlışlıqla çatladığı və ya qırıldığı zaman özünü yeniləyə bilən polimerit şüşə kəşf edib.

Yeni növ polimerit şüşə çatladığı və ya qırıldığı zaman asan şəkildə özünü bərpa edə bilir. Bunun üçün sadəcə zədə görən bölgəyə əl ilə təzyiq göstərmək kifayətdir.

Özünü bərpa edə bilən şüşələrin mobil telefonlar və digər qırıla bilən dəyərli əşyalarda istifadə edilə biləcəyi bildirilir.

Daha əvvəl də buna bənzər elastik və plastik materillar düzəldilib. Ancaq ilk dəfə otaq temperaturunda özünü bərpa edə bilən material məhz sözügedən polimerit olub.

Materialı ilk dəfə kəşf edən isə yapışdırıcı hazırlamağa çalışan tələbə Yanaqisava olub. O, polimerin səthinin kəsilməsindən sonra kənarlarının bir-birinə yapışdığını və əllə 30 saniyə təzyiq göstərildikdən sonra yenidən əvvəlki halına qayıtdığını müşahidə edib. Mediaya açıqlama verən Yanaqisava aldığı nəticəyə təəccübləndiyini və nəticəni təsdiq etmək məqsədilə dəfələrlə sınaq keçirdiyini deyib.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 fevral

Astroloji proqnoz - 23 fevral

23 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08