Paşa Qәlbinur: "Hәlә vәzifәdәn getmәk fikrim yoxdur..."
Sağlamlıq
31 Dekabr 2017 18:18

Paşa Qәlbinur: "Hәlә vәzifәdәn getmәk fikrim yoxdur..."


Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunub. Urologiya, Oftalmologiya, Travmatologiya və ortopediya, Uşaq cərrahlığı və bir sıra başqa kafedra müdirlərinin bəziləri artıq vəzifədən uzaqlaşdırılıb.

Siyahının ilk yerlərində 1990-cı ildən ATU-nun Urologiya kafedrasına rəhbərlik edən sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyev qərarlaşıb.

Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir. Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.

1995-ci ildən Uşaq cərrahlığı kafedrasına rəhbərlik edən Çingiz Quliyevin yerinə tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxov təyinat alıb.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, növbədə Oftomologiya kefdrasının rəhbəri, tanınmış oftomoloq Paşa Qəlbinurdur. Amma 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərən həkim vəzifəsindən uzaqlaşmaq istəmir. Kafedradakı mənbənin bildirdiyinə görə, artıq onun məsələsinə baxılıb və vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar verilib. Qərarla razılaşmayan P.Qəlbinur hətta universitetin rektoru, professor Gəray Gəraybəylinin qəbulunda olub, vəzifədə qalmaq üçün xahiş edib. Amma rektor bu xahişi qəbul etməyib.

P.Qəlbinur sayta açıqlamasında Universitetdə kadr dəyişikliyi getdiyini təsdiqləyib: "Bəli, doğrudur, bir neçə kafedra müdiri vəzifədən göndərilib, yenilərilə, daha gənc olanlarla əvəzlənib. Amma qeyd edim ki, göndərilənlərin hamısı təqaüd yaşına çatanlardır. Onların hamısı 70, 80, 85, 90 yaşlılardır. Amma bu yaşlarda olub hələ də çalışanlar var. Çünki bacarıqları, qabiliyyətləri var. Azərbaycanda yaş senzi yoxdur”.

Tanınmış həkim vəzifədən uzaqlaşmaq niyyətinin olmadığını vurğulayıb: "Mən hazırda Oftomologiya kafedrasının rəhbəriyəm. Təqaüd vaxtım da deyil. Nəyə görə uzaqlaşdırılmalıyam ki? Belə şey yoxdur. Bu barədə yazırlar, amma mənim hələ vəzifədən uzaqlaşmaq fikrim yoxdur”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 22 fevral

Astroloji proqnoz - 22 fevral

22 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08