Paytaxtda top mərmisi tapıldı
Digər
23 May 2017 22:05

Paytaxtda top mərmisi tapıldı


Bakıda top mərmisi tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nərimanov rayonunda partlayış təhlükəli döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib və sursatın döyüş tətbiqinə yararsız 1 ədəd 100 millimetr çaplı top mərmisi olduğu müəyyən edilib. Mərmi aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 19:20-də başa çatıb. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08