Saxta reseptlərin qarşısı BU YOLLA alınacaq - MARAQLI LAYİHƏ - FOTOLAR
Sağlamlıq
5 Yanvar 2018 0:23

Saxta reseptlərin qarşısı BU YOLLA alınacaq - MARAQLI LAYİHƏ - FOTOLAR


Çexiyada Səhiyyə sistemi əhalinin sağlamlığını qorumaq və saxta reseptlərin qarşısını almaq məqsədilə “eResept” - Elektron resept layihəsi hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. Sözügedən layihə hazırda ölkənin Ostrava şəhərində aktiv şəkildə istifadə olunmağa başlayıb.

Elektron resept - üzərində ağ bar kodu və dərman adlarının yazıldığı kağızı xatırladır. Nazirlik nümayəndəsinin fikrincə, sistem genişləndikcə, elektron reseptin tətbiq edilməsi daha da sərfəli olacaq.

Çexiyada elektron reseptlərin tətbiq edilməsinə 2018-ci ildən etibarən daha çox diqqət ayrılacaq. Artıq apteklər müştərilərə dərmanları bu üsulla verir.

Yeni sistem layihəsi barədə açıqlama verən Çexiyanın səhiyyə naziri Adam Voytehin sözlərinə görə, sistemin praktik işində ciddi problemlər yoxdur. Yeni qaydalara əsasən, Çexiyada həkimlər yazdıqları bütün reseptlərin bir nüsxəsini mütləq şəkildə mərkəzi məlumat bazasında saxlamalıdırlar.

Nazir onu da qeyd edib ki, yeni layihənin hazırlanmasında məqsəd ötən ilə qədər ölkədə 450 mindən çox saxta həkim reseptinin aşkarlanması olub:

“Elektron sistem mövcud xoşagəlməz halların qarşısını almaq üçün əvəzolunmaz vasitə olacaq. Elektron resept (e-resept) köməyilə, həkim xəstəyə müalicəvi dərman preparatları yaza bilər. Elektron reseptlərin smartfonlara SMS vasitəsilə göndərilməsi üçün bir sıra işlər gedir. Yaxın zamanda bu problem də öz həllini tapacaq”

Könül Cəfərli





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 fevral

Astroloji proqnoz - 23 fevral

23 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08