Azərbaycanlı xanımların makiyajdan əvvəl və sonrakı FOTOLARI DÜNYAYA SƏS SALDI
Qadın dünyası
10 Yanvar 2018 13:08

Azərbaycanlı xanımların makiyajdan əvvəl və sonrakı FOTOLARI DÜNYAYA SƏS SALDI


Tanınmış stilist Anar Ağakişiyevin etdiyi makiyajlar hər kəsi təəccübləndirib.

Publika.az xəbər verir ki, azərbaycanlı make-up artistinin xüsusilə problemli dərisi olan xanımlara etdiyi makiyajlar dünyaya səs salıb. Stilist dəridə olan qüsurları çox məharətlə örtərək istənilən yaşda qadınları gözəlləşdirir və onları bir neçə yaş cavanlaşdırır.

“DailyMail”, “Ladymail.ru” kimi saytlar, həmçinin italyan, ispan və bir çox ölkələrin media orqanları stilistin bəzədiyi qadınların makiyajdan əvvəl-sonrakı şəkilləri ilə bağlı xəbərlər hazırlayıb. “Show tv”, “Beyaz tv” kanalının xəbərlər verilişlərində isə Anar Ağakişiyev haqqında xüsusi reportaj gedib. Aparıcılar A.Ağakişiyevin işlərinə heyranlığını gizlətməyib. Makiyaj ustasının əl işləri xarici ölkələrdə qadınlar tərəfindən maraqla qarşılanıb.

Stilist bu uğurları barədə Publika.az-a açıqlama verib:

“Bir çoxları şayiə yaydı ki, xəbərlər şifarişlə yazılıb və guya bunun üçün pul ödəmişəm. O adamlar bilmir ki, xarici mətbuat orqanlarında belə sifarişli yazılar üçün çox yüksək məbləğlər istənilir. Hətta bir neçə azərbaycanlı müğənni istəsə də, xarici media orqanlarda onlar haqqında belə xəbərlə yayımlanmayıb”.

O, xarici ölkələrdən çoxlu iş təklifləri aldığını vurğulayıb:

“Ölkələrin adları sirr saxlamaq istəyirəm, yaxınlarda mətbuat konfransı keçirib bu barədə ətraflı məlumat verəcəm. Başqa ölkəyə daimi köçmək barədə düşünürəm. Ölkənin adını gələn təklifi qəbul edəndən və müqaviləyə imza atdıqdan sonra açıqlayacağam”.

Aytən






























loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 22 fevral

Astroloji proqnoz - 22 fevral

22 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08