Əkrəm Həsənov: "Heç bir ölkədə əmanətlərin sığortalanması fondu kreditorlardan üstün deyil"
İqtisadiyyat
24 May 2017 16:11

Əkrəm Həsənov: "Heç bir ölkədə əmanətlərin sığortalanması fondu kreditorlardan üstün deyil"


Bakı. 24 may. REPORT.AZ/ "Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvetmə prosesində olan banklardan pulunu hamıdan əvvəl götürür, bu isə ölkə konstitusiyasına ziddir".
“Report” xəbər verir ki, bu açıqlama ilə “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov çıxış edib.
“Heç bir ölkədə əmanətlərin sığortalanması fondu kreditorlardan üstün deyil. Bu qurum təxminən sığorta şirkəti kimi fəaliyyət göstərir. Sığortaçı kiməsə pul – kompensasiya ödəyəndə sonradan onu subroqasiya qaydasında başqasından alarkən hamı ilə eyni hüquqda olur. Məncə, bununla bağlı təklif irəli sürə bilərik ki, “Bank Standard”dan yığılan puldan ilk növbədə və yaxud eyni zamanda fiziki və hüquqi şəxslərə ödəniş edilsin, Fond da daxil olmaqla dövlət qurumları üstün olmasın”, - deyə Ə.Həsənov qeyd edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR