400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
Ölkə
15 Yanvar 2018 18:18

400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR


Günəşin maqnit dalğalarında azalma ilə 2021 və 2050-ci illər arasında havanın temperaturu əhəmiyyətli dərəcədə enəcək. Bu da 1600-1700-cü illərdəki kiçik buzlaşma dövrünə oxşar bir prosesə səbəb olacaq.

Publika.az xəbər verir ki, bununla bağlı Nortumbriya Universitetinin professoru Valentina Zharkova və onun rəhbərlik etdiyi qrup qlobal iqlim dəyişliklərini riyazı olaraq təhlil etdikləri araşdırma nəticəsində bu qənaətə gəliblər.

Türkiyənin meteorologiya mühəndisi Əhməd Kösə ingiltərəli alimlərin araşdırmasını şərh edib.

Onun sözlərinə görə, istixana effekti yaradan qazlar qlobal istiləşməyə səbəb olub.

“1960-cı ildən sonra havanın illik orta temperaturu 2 dərəcəyə qədər yüksəlib. Bu da buzlaqların əriməsinə səbəb olur. Dünyada meteoroloji dəyişikliklər hər il 410 milyon insana təsir edir. 7600 civarında insan ölür. Ümumiyyətlə, təbii fəlakətin 6 faizi ölümə, 16 faizi yaralanmalara səbəb olacaq. Dünyada şiddətli yağışlar səbəbindən sel və daşqınlar yaşanmağa və bir çox hallarda bu proses insanların həyatını itirməsinə səbəb olub”.

Ə.Köse alimlərin “mini buzlaşma dövrü” ifadəsinə aydınlıq gətirərək 1645-1715-ci illər arasında Avropanın böyük bir hissəsində belə bir dövrün yaşandığını bildirib.

“Günəşdəki partlayışlar səbəbindən dünyada temperatur yüksəlir. 1500-cü illərdə insanlar Günəşdəki partlayışları izləməyə başlayıb. Həmin illərdən başlayaraq aparılan qeydlərin açıqlandığı məqalədə bildirilir ki, 2020-2030-cu illərdə 1645-1715-ci illərdə kiçik buzlaşma dövründə olduğu kimi, Günəş ləkələrində azalma olacaq. Bu hesablamanın dəqiqliyi 93 faizdir. Bu da həmin illərdə yenidən dünyada buzlaşma dövrünün qeydə alınacağından xəbər verir. Əslində bu, alimləri sevindirməlidir. Bu proses qlobal istiləşməni müəyyən qədər azalda bilər. Çünki insanlar bu prosesin qarşısını almaqda acizdir. Təbiət özü-özünü tarazlaşdırır”.

O, “mini buzlaşma” zamanı bəzi heyvanların və bitkilərin nəslinin kəsilə biləcəyini də istisna etməyib:

“İndi qlobal istiləşmə səbəbindən temperatur 2 dərəcə yüksəlibsə, mini buzlaşma dövründə temperaturun mənfi 1-2 dərəcəyə düşəcəyi bildirilir”.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08