Azərbaycan avtomobil benzini istehsalını 5% artırıb
İqtisadiyyat
17 Yanvar 2018 15:36

Azərbaycan avtomobil benzini istehsalını 5% artırıb


Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda neft məhsullarının istehsalı sahəsində 2017-ci ildə istehsalın ümumi dəyəri 2 727,3 mln. manat olub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2016-cı illə müqayisədə 7,8% az olub.
Ötən il 1 215,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2016-ci ildən 5,4% çoxdur. Bu il yanvarın 1-nə ölkədə 65,8 min ton hazır məhsul ehtiyatı olub.
Hesabat dövründə 1 895,7 min ton dizel yanacağı, 188,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 587,9 min ton ağ neft, 266,3 min ton yanacaq mazutu isehsal edilib.
Dizel yanacağının istehsalı 18,1%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 4,6%, ağ neftin istehsalı 6,3%, yanacaq mazutunun istehsalı 45,2% azalıb.
Keçən il 34,9 min ton sürtkü yağları, 237,2 min ton neft bitumu, 226,7 min ton neft koksu istehsal edilib. Sürtkü yağlarının istehsalında 2016-cı illə müqayisədə 3,6 dəfə, neft bitumunun istehsalında 32,4%, neft koksunun istehsalında 10,6% artım müşahidə olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 fevral

Astroloji proqnoz - 23 fevral

23 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08