Naxçıvanda çalışan həkim və tibb işçilərinin sayı açıqlanıb
Ölkə
18 Yanvar 2018 4:01

Naxçıvanda çalışan həkim və tibb işçilərinin sayı açıqlanıb


Bakı. 18 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında çalışan həkim və tibb işçilərinin sayı açıqlanıb.
“Report” xəbər verir ki, bu gün muxtar respublikanın tibb müəssisələrində 713 həkim, 2 min 97 orta tibb işçisi çalışır.
Naxçıvan Muxtar Respublikasında əhaliyə 228 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Təkcə ötən il bu müəssisələrə 34 həkim və 94 orta tibb işçisi təyinat alıb.
Son illər muxtar respublikada 266 səhiyyə obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Muxtar respublikanın səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanıb, qısa müddətdə nümunəvi tibbi informasiya sistemi qurulub. Cavan ailələrdə səhiyyə maarifi işini, hamilə qadınların patronaj xidməti, yeni doğulmuşların vaxtında qeydiyyata alınması, peyvənd işinin təşkili, uşaqların Elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi məqsədi ilə "Ailə sağlamlıq məktəbləri" yaradılıb, məşğələlərin davamlı aparılmasına nail olunub.
Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaranması günüdür. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 fevral

Astroloji proqnoz - 23 fevral

23 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08