YAP ötən il 8 milyon manat gəlir əldə edib
Digər
19 Yanvar 2018 14:53

YAP ötən il 8 milyon manat gəlir əldə edib


2017-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) 8 315 436 manat gəliri olub.

Publika.az
xəbər verir ki, bu barədə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov partiyanın İdarə Heyətinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gəlirin 7 173 280 manatı üzvlük haqlarından əldə olunub: “1 142 156 manatını isə büdcəsən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib. Partiya üzvlərinin sayı 710 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir. Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 713 757 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı invertarların alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317 manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilib”.

Ə.Əhmədov qeyd edib ki, əvvəlki illərin qalıq hesablarından köçürmələr də daxil olmaqla YAP-ın cəmi xərcləri 10 500 531 manat təşkil eidib.

“Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 6 446 014 manat qalıb”, - deyə o bildirib.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 fevral

Astroloji proqnoz - 23 fevral

23 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08