Suriyadan Türkiyəyə raketlər atıldı
Digər
21 Yanvar 2018 6:57

Suriyadan Türkiyəyə raketlər atıldı


Türkiyənin Kilis əyaləti Suriya ərazisindən raket atəşinə tutulub.

 

APA-nın “Anadolu”-ya istinadən verdiyi məlumata görə, üç raket Kilis şəhərinin mərkəzinə düşüb. İnsident nəticəsində bir nəfər yüngül xəsarət alıb.

 

Məlumata görə, zərbə nəticəsində bir neçə binaya ziyan dəyib. Hadisə yerinə müvafiq  qurumların əməkdaşları cəlb edilib.  

 

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

 

Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

 

Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 22 fevral

Astroloji proqnoz - 22 fevral

22 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08