Azərbaycanda səhiyyə ilə bağlı beynəlxalq forum keçiriləcək
Digər
22 Yanvar 2018 13:01

Azərbaycanda səhiyyə ilə bağlı beynəlxalq forum keçiriləcək


Bakı. 22 yanvar. REPORT.AZ/ “Dünyada tibb assosiasiyaları forumları keçirilir. Belə forumlar 1984-cü ildən bu günə qədər təşkil olunur. Forumda əsasən, səhiyyədə qanunvericilik, icbari tibbi sığortanın formalaşdırılması, diplomdan sonrakı təhsil, ailə təbabəti və ilkin tibbi yardım göstərilməsi ilə bağlı məsələlər müzakirə olunur”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rəşad Mahmudov deyib.
O xatırladıb ki, sonuncu belə forum ötən il İsraildə keçirilib.
R.Mahmudov bildirib ki, Azərbaycandakı müvafiq assosiasiyalar birləşərək həmin foruma müraciət ediblər. Bundan sonra 50 ölkənin səsverməsi ilə növbəti səhiyyə forumunun Azərbaycanda keçirilməsi üçün qərar qəbul edilib: “Beynəlxalq forumun bu il keçirilməsi nəzərdə tutulur. Forumun təşkilatçıları ölkəmizə gəlib lazımi görüşləri keçirdikdən sonra yekun qərarı verəcəklər. Bu forumun ölkəmizdə keçirilməsi səhiyyəmizin inkişafına öz töhfəsini verəcək”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 fevral

Astroloji proqnoz - 23 fevral

23 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08