Vəkilliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər
Ölkə
22 Yanvar 2018 19:11

Vəkilliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər


Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 28-də vəkilliyə qəbul üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər bu gün saat 17:00-dan etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, buraxılış vərəqələrini çap etmək üçün hər bir namizəd veb-saytın (dim.gov.az) ana səhifəsinə daxil olaraq “Vəkillər Kollegiyası” bölməsində öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu daxil etməklə "İmtahana buraxılış vərəqəsi”ni pdf formatda saxlayaraq çap edə bilər.
Namizədlər yanvarın 28-də səhər saat 9:00-dan gec olmayaraq "İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunan imtahan keçiriləcək ünvanda olmalıdırlar və özləri ilə qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, pozan və aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- imtahana buraxılış vərəqəsi.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Hər bir namizədin imtahandan ən azı bir gün əvvəl Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı “Namizədin yaddaş kitabçası” ilə tanış olması tövsiyə olunur. Yaddaş kitabçası #eservices.dim.gov.az/brxvdq/yaddas_kitab.pdf linkində təqdim olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 22 fevral

Astroloji proqnoz - 22 fevral

22 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08