Dünyanın ən güclü ordularının REYTİNQİ: Azərbaycan Ermənistanı 35 PİLLƏ QABAQLADI - SİYAHI
Digər
24 Yanvar 2018 13:33

Dünyanın ən güclü ordularının REYTİNQİ: Azərbaycan Ermənistanı 35 PİLLƏ QABAQLADI - SİYAHI


“Global Firepower” təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb.

Publika.az xəbər verir ki, 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər.

Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb.

Dünyanın ən güclü ordusuna ABŞ sahibdir. Onluqda ABŞ-ı Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir izləyir.

Azərbaycan Silahlı Qüvvələri ümumilkdə 133 ölkənin adının yer aldığı “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşıb. Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdədir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 64 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopterin olduğu bildirilir. Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var.

Bildirilir ki, Azərbaycan ordusunun sayı 374,5 min nəfərdir, səfərbərlik zamanı isə 3,75 milyon nəfər hərbi xidmətə çağırıla bilər. Müdafiə büdcəsinin isə 3,185 milyard dollar olduğu qeyd edilib.

Reytinq cədvəli ilə burdan tanış ola bilərsiniz.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08