Sifilisə yoluxma riskiniz nə qədərdir? - Xəstəliyin İLK SİMPTOMLARI
Sağlamlıq
27 Yanvar 2018 3:23

Sifilisə yoluxma riskiniz nə qədərdir? - Xəstəliyin İLK SİMPTOMLARI


Bütün dövrlərin dəhşətli xəstəliklərindən biri olan sifilis. Bu infeksiya insana necə keçir? Ümumiyyətlə, bu xəstəlik harada, nə zaman yaranıb?

Publika.az sifilis xəstəliyi haqqında maraqlı faktları təqdim edir:

Sifilis adlandırılan xəstəlik insan orqanizminə cinsi yollarla girən bir bakteriya, xroniki xüsusiyyəti olan bir infeksiyadır. Xalq arasında sifilis olaraq adlandırılan xəstəlik, əslində 16-cı əsrdə Avropa və Asiya qitələrində yaranıb. O dövrdə insanların müdafiəsiz şəkildə cinsi əlaqəyə girməsi bu xəstəliyin geniş kütləyə yayılmasına səbəb olub. İnsanlar özləri də bilmədən bir-birini yoluxdurublar. Beləliklə, bu xəstəlik bəzi Avropa ölkələrində xüsusilə, əxlaq qaydalarının dəyişikliyə uğramadığı bölgələrdə daha geniş vüsət alıb.

Miqrantlar isə bu xəstəliyin yoluxdurucu effektini daha da artırıb. Cinsi əlaqə ilə yoluxan xəstəliyin anadan öz körpəsinə tüpürcək, qan vasitəsilə keçdiyi də müşahidə edilib. Nadir hallarda müşahidə edilsə də, sifilis daşıyıcısı olan insanın qanının sağlam insana bulaşması nəticəsində infeksiya sağlam orqanizmə keçə bilir.

Sifilis xəstəliyi tək mərhələli deyil, çox mərhələli prosesdir. İnfeksiyanın sağlam insana təmas etməsi özünü ilkin pillələrdə göstərmir. İlkin mərhələdə xəbəriniz olmadan bulaşan sifilis sizin qan dövranınıza düşür. Burada xəstəlik qan vasitəsilə bütün orqanizmə yayılır. Daha sonra təxminən 2-3 həftə ərzində infeksiyanın sizin orqanizminizə daxil olduğu bölgədə yaralar, çibanlar yaranmağa başlayır. Əvvəlcə bunun uçuq, sıradan dodaq partlamasına bənzər yara olduğunu düşünə bilərsiz. Lakin bu yaralar sizə şiddətli ağrılar verirsə, artıq həkimə müraciət etmək vaxtıdır deməkdir.

İkinci mərhələdə, dərinizi qaşımadığınız halda allergik reaksiya zamanı dəridə yaranan çoxlu qızartılar müşahidə ediləcək. Dəriniz, əlləriniz, ayqlarınız qızarmağa başlayacaq. Ovcunuzun içərisində bişməcəni xatırladaq qırmızı səpkilər yaranacaq. Bu proses 3 ya da 4-cü mərhələyə qədər belə davam edir.

Daha sonra güclü yorğunluq hissi yaranacaq. Oynaq ağrıları, qaşıntılar, sürətli arıqlama, anoreksiyanı xatırladacaq tərzdə sürətli çəki itirməsi, qaşların, kirpiklərin və saçların tökülməsi də sifilis yoluxmasının digər əlamətləridir.

Sifilis daşıyıcıları müalicə aldıqları zaman, artıq ikinci həftədən etibarən xəstəliyin törədici infeksiyaları məhv olmağa başlayır. Bu isə müalicənin 2-ci həftəsindən sonra bədəndəki mikrobların keçicilik xüsusiyyətlərinin itirilməsi deməkdir.

Bella






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08