Azərbaycanlı səfir Fələstinin ali dövlət mükafatına layiq görüldü - FOTO
Ölkə
7 Fevral 2018 17:44

Azərbaycanlı səfir Fələstinin ali dövlət mükafatına layiq görüldü - FOTO


"Qüds - İƏT Gənclər Paytaxtı" proqramı ali dövlət nişanı ilə təltif edilib. 

Fələstin administrasiyasının paytaxtı Ramallahda keçirilən "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif edib.

İƏT Gənclər Forumundan Milli.Az-a verilən məluamata görə, Mahmud Abbas Elşad İskəndərovun müsəlmanların ilk qibləsi olan Qüdsün beynəlxalq statusunun qorunması və "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə ordenlə təltif edildyini vurğulayıb.

Müsəlman ölkələrindən Fələstinə böyük dəstək - FOTO

 Təltifetmə mərasimi zamanı Mahmud Abbasa təşəkkür edən Elşad İskəndərov bu ordenin Azərbaycan dövlətinin təşəbbüsü ilə yaranan və Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyinin gücləndirilməsi kursuna uyğun həyata keçirilən beynəlxalq fəaliyyətdə İƏT Gənclər Forumunun bütün əməkdaşlarının zəhmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirib. O, qurumun bundan sonra da İƏT ölkələri gənclərinin inkişafı və həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərmək əzmində olduğunu vurğulayıb.

Əlavə edək ki, Qüds Ulduzu Ordeni Fələstin Dövlətinin ali dövlət nişanlarından biridir. O, Fələstinin azadlığı və Qüdsün statusunun müdafiəsində ali xidmətlər göstərmiş xarici dövlət və ictimai xadimlərinə təqdim olunur.

Xatırladaq ki, "İslam Dünyası Gənclər Paytaxtı" beynəlxalq proqramı - İƏT Gənclər Forumunun təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilir. 2016-cı ildə İstanbul, 2017-də Mərakeşin Fəs, İranın Şiraz, Malayziyanın Putracaya şəhərəri İslam Dünyası Gənclər Paytaxtı olub, bu şəhərlərin hər birində müxtəlif ölkələrdən olan gənclər hərəkatları və təşkilatlarının minlərlə nümayəndəsinin iştirakı ilə elmi, sosial və mədəni sahələrdə 20-dən artıq tədbir həyata keçirilib.

Qeyd edək ki, Elşad İskəndərov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri olmaqla yanaşı Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. O, 2012-2014-cü illərdə Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08