Millət vəkilləri Sumqayıtda peşə məktəblərində olublar
İqtisadiyyat
9 Fevral 2018 20:01

Millət vəkilləri Sumqayıtda peşə məktəblərində olublar


Bakı. 9 fevral. REPORT.AZ/ SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, millət vəkili Tahir Mirkişili və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Sumqayıtda fəaliyyət göstərən peşə məktəblərində olublar.
"Report" xəbər verir ki, qonaqlar əvvəlcə SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində və Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni fəaliyyətə başlamış Peşə Tədris Mərkəzində olublar.
Sonra Sumqayıt şəhərində fəaliyyət göstərən 10 nömrəli Sumqayıt Peşə Liseyindəki şəraitlə tanış olublar.
Millət vəkilləri burada müxtəlif istiqamətlər üzrə təhsil alan şagird və müəllimlərlə, eləcə də yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.
Görüş zamanı SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev Peşə Liseyi ilə “Azərikimya” İstehsalat Birliyi arasında sıx əlaqələrin yaradılmasında maraqlı olduqlarını vurğulayıb, burada təhsil alan tələbələrin “Azərikimya”da təcrübə keçmələrni təklif edib.
Millət vəkili Tahir Mirkişili də görüş zamanı Peşə Liseyinin texnoloji avadanlıqlarının təkmilləşdirilməsi və yeni dərs metodikaları ilə təmin edilməsi təklifini irəli sürüb.











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08