Məktəbliyə qarşı seksual zorakılıq edən 11-ci sinif şagirdi istintaq təcridxanasına köçürülüb
Ölkə
12 Fevral 2018 9:21

Məktəbliyə qarşı seksual zorakılıq edən 11-ci sinif şagirdi istintaq təcridxanasına köçürülüb


Bakı. 12 fevral. REPORT.AZ/ Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi R.C. Bakı İstintaq Təcridxanasına köçürülüb.
"Report"un xəbərinə görə, fevralın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş şəxs ictintaq təcridxanasına etap edilib.
İstintaq dövründə R.C Bakı İstintaq Təcridxanasında saxlanılacaq.
Qeyd edək ki, R.C 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08