Nuran Kərimov: "Fiskal vergi yükünə yenidən baxılmalıdır"
İqtisadiyyat
13 Fevral 2018 11:26

Nuran Kərimov: "Fiskal vergi yükünə yenidən baxılmalıdır"


Bakı. 13 fevral. REPORT.AZ/ "Düşünürəm ki, fiskal vergi yükünə yenidən baxılmalıdır. Xüsusən də, kiçik sahibkarların vergi yükü çox ağırdır". "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov deyib.
N.Kərimov qeyd edib ki, vergi ödəyicisi ödədiyi verginin təsirini hiss etməlidir. "AmCham" rəsmisi həmçinin "çirkli pullar"ın yuyulmasına qarşı mübarizədə digər qurumların da müəyyən addımlar atmalı olduğunu deyib: "Burada bankların rəhbərləri oturub. Mən onlara müraciət edirəm. Hansısa biznesmen gətirib banka 500 min, yaxud 1 mln. manat pul qoyur. Ondan soruşan yoxdur ki, bu pulun mənbəyi haradır?"
Bununla yanaşı, N.Kərimov bildirib ki, vergi inzibatçılığı daha da təkmilləşdirilməlidir: "Vergi ödəyicisinin hüquqları qorunmalıdır. O əmin olmalıdır ki, onun şikayəti qanunun tələbinə uyğun olaraq araşdırılacaq".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08