Dünyanı özünə heyran qoyan rus gözəli ölkəsinə ilk medalı qazandırdı - FOTO
İdman
13 Fevral 2018 15:23

Dünyanı özünə heyran qoyan rus gözəli ölkəsinə ilk medalı qazandırdı - FOTO


Cənubi Koreyada keçirilən 2018 Qış Olimpiya Oyunlarında yarışan rusiyalı idmançılardan biri Anastasiya Brizqalova qısa zamanda böyük əks-sadə doğurub.

Publika.az xəbər verir ki, 25 yaşlı idmançı öz gözəlliyi ilə körlinq (buzüstü şahmat) idman növünə marağı artırıb. İkili yarışmada həyat yoldaşı Aleksandr Kruşelnitski ilə birgə çıxış edən Anastasiya bürünc medal qazanıb. Beləliklə, o, körlinq idman növündə ölkəsinə ilk olimpiya medalını aparan idmançı olub.

Anastasiya uğuru ilə yanaşı, gözəlliyi ilə də hər kəsin diqqətini çəkib. Sosial media istifadəçiləri onu Anceilana Coli, Adriana Lima və Meqan Foks kimi məşhurlara bənzədiblər. Onlar artıq körlinq kimi çox da maraqlı olmayan bir idman növünü izləmək üçün bir səbəblərinin olduğunu yazıblar.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi dopinqdən istifadə ittihamları ilə Rusiya milli komandası üzvlərinin ölkələrinin bayrağı altında deyil, müstəqil şəkildə iştirak etməsi qərarını qəbul edib.

Zümrüd










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08