Parlamentdə əlillərlə bağlı vacib müzakirə
Ölkə
13 Fevral 2018 17:43

Parlamentdə əlillərlə bağlı vacib müzakirə


“Bu qanun layihəsi son dərəcə vacibdir. Hadı müəllim əlilliyinin sayının azalmasında ölkədə aparılan profilaktik tədbirləri göstərdi. Lakin hesab edirəm ki, bu iki il əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki dəyişikliklərlə bağlıdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, nazirlikdə iki il əvvəl olunan dəyişikdən sonra, onlar da əvvəllər əlilliyin sayının artmasının qarşısını almaq üçün bürokratik əngəllərdən istifadə edildiyini etiraf etdilər:

“Bizdə artımın olmaması əlillərin hüquqlarının tanınmaması ilə əlaqələndirildi. Son iki ildə tibbi komissiyada bu məsələ həllini tapdı”.

Millət vəkili qanunla bağlı təkliflərini də səsləndirib. O, uşaq əlillərin bütün müəssisələrdə müalicəsinin pulsuz olması maddəsinin qanun layihəsin əlavə edilməli olduğunu bildirib:

“Bununla yanaşı ölkəmizdə ictimai nəqliyyat, təhsil məsələsində də əlillərin problemləri həll edilməlidir. Bəzi ictimai nəqliyyat növlərinin ləğv edilməsi əlillərin işini çətinləşdirib. Bakıda metro tikintisi ləng gedir, bu, həm də dövlər büdcəsindən bu sahəyə ayrılan vəsaitin azalması ilə də bağlıdır. Millət vəkili olduğum Sabunçu rayonu Bakıxanov qəsəbəsində uzun illərdir metro tikintisi gündəmdə olsa da, hələ də bu məsələ yarımçıq qalır. Metro tikintisi hələ bir neçə il gecikəcək ki, bu da əlillərin işini çətinləşdirir. Əlillərin metroya daxil olması bu gün ciddi problemdir. Bəzi keçidlərdə bir neçə qatlı pilləkənlərdir, yolun ortasında isə betonlar yerləşdirilib. Əlillər haradan keçməlidir. Eşitmə qabiliyyətində çətinlik yaşayan əlillər üçün dövlət büdcəsindən maliyyələşən surdotərcüməçilər olmalıdır”.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08