Səfir: “İran Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyündən heç nə hiss etmədi”
Dünya
13 Fevral 2018 17:51

Səfir: “İran Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyündən heç nə hiss etmədi”


Bakı. 13 fevral. REPORT.AZ/ “İran Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvülüyündən heç nə hiss etmədi”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Tehranın Yerevandakı səfiri Seyid Kazım Səccadi bildirib.
Onun sözlərinə görə, İran Ermənistana dəmir yolu xəttini açmağa hazırdır: “Ancaq Ermənistan tərəfi sərmayəçilər axtarıb tapmalıdır”.
Qeyd edək ki, Ermənistan İranın İttifaqa üzvlüyünə vasitəçilik etmək niyyətində idi. Hətta rəsmi Yerevan İslam Respublikasında istehsal olunan məhsulların Rusiya bazarlarına çıxarmaq arzusunu da gizlətmirdi. 
Xatırladaq ki, tərəflər arasında əldə edilən ilkin razılaşmaya əsasən, Ermənistan tərəfi öz, İran da öz ərazisindən keçən xəttin tikintisini maliyyələşdirməlidir. Dəmir yolunun İrana aid hissəsinin uzunluğu 60 km-dir. Yolun çox böyük hissəsi, təxminən, 250 km-i Ermənistan ərazisindən keçir. Bu hissənin tikintisinə 3,2 milyard dollarlıq maliyyə vəsaiti tələb olunur. Layihənin tikintisi 2013-cü ildə elan edilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08