İsrail polisi Netanyahunun korrupsiyaya görə ittiham olunmasını tövsiyə edib
Dünya
14 Fevral 2018 4:11

İsrail polisi Netanyahunun korrupsiyaya görə ittiham olunmasını tövsiyə edib


Bakı. 14 fevral. REPORT.AZ/ İsrail polisi ölkənin baş naziri Binyamin Netanyahunun korrupsiyaya görə ittiham olunmasını tövsiyə edib.
“Report” xəbər verir ki, bu barədə idarənin "Twitter" səhifəsində yazılıb.
Məlumatda bildirilir ki, iki cinayət işinin araşdırılması nəticəsində səlahiyyətli orqan işçilərinin əlində İsrail hökuməti başçısına qarşı, xüsusilə də korrupsiya və fırıldaqçılıq ittihamları irəli sürmək üçün kifayət qədər sübut bazası yaradılıb.
"İş 1000" və "iş 2000" adlanan hadisələrdə baş nazir həmçinin rüşvət alma və hakimiyyətdən sui-istifadə etməkdə şübhəli bilinir.
Sözügedən işlərdə Hollivud prodüseri Arnon Milçi və avstraliyalı iş adamı Ceyms Pakerin adları öz əksini tapıb.
Bundan əvvəl məlum olub ki, İsrailin baş prokuroru Avihay Mandelblit Netanyahuya qarşı cinayət işinin istintaqına başlamaq barədə sərəcam verib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08