Türkiyəli deputat: Dağlıq Qarabağ məsələsində Azərbaycana beynəlxalq arenada verdiyimiz dəstəyi davam etdirəcəyik
Ölkə
14 Fevral 2018 7:57

Türkiyəli deputat: Dağlıq Qarabağ məsələsində Azərbaycana beynəlxalq arenada verdiyimiz dəstəyi davam etdirəcəyik


Bakı. Rufiz Hafizoğlu - Trend:

"Bakı Ankaraya olan dəstəyini heç vaxt kəsməyib və Türkiyə qardaş Azərbaycanın dəstəyini həmişə hiss edib".

Bunu Trend-ə xüsusi açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili Mətin Külünk bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir və Türkiyə və Azərbaycan bir millət iki dövlətdir:

“Dünyada Türkiyə-Azərbaycan münasibətlərinə analoq tapmaq mümkün deyil, bu baxımdan Azərbaycan Türkiyənin ən önəmli qardaşı və özüdür”.

Millət vəkilinin sözlərinə görə, son illər Türkiyə Cümhuriyyət tarixinin ən böyük hücumuna məruz qalıb:

“Türkiyə bir-birini təqib edən terror və hərbi çevriliş cəhdilə üz-üzə qaldı və Ankara bütün problemlərə səbəb olan Avropa və ABŞ-la mübarizə aparmaq məcburiyyətində qaldı. Bu mübarizə hələ də davam edir".

M.Külünk onu da əlavə edib ki, bu mübarizə zamanı qardaş Azərbaycan hər zaman Türkiyənin yanında olub.

Millət vəkilinin sözlərinə görə, son olaraq Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsilə iki qardaş ölkənin münasibətləri daha da möhkəmlənib.

Bu gün Azərbaycan və Türkiyənin bölgədəki bir sıra üçtərəfli əməkdaşlıq mexanizmlərinin əsas tərkib hissəsi olduğunu bildirən M.Külünk deyib ki, bu əlaqələr daha da genişlənəcək və güclənəcək:

“Türkiyə olaraq biz heç bir zaman ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında dinc əhalini kütləvi şəkildə qətlə yetirdiyini əsla unutmayacağıq. Bundan əvvəl olduğu kimi, bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycana beynəlxalq arenada verdiyimiz dəstəyi davam etdirəcəyik”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08